​Filippində 20 mindən çox insan təbii fəlakət bölgəsindən təxliyyə edilir

​Filippində 20 mindən çox insan təbii fəlakət bölgəsindən təxliyyə edilir 2013-cü ilin noyabrında 7 min filippinli "Xayyan" qasırğasının qurbanı olmuşdu
Digər ölkələr
4 Aprel , 2015 15:38
​Filippində 20 mindən çox insan təbii fəlakət bölgəsindən təxliyyə edilir

Bakı. 4 aprel. REPORT.AZ/ Filippin hakimiyyəti qasırğa təhlükəsi ilə əlaqədar ölkənin şərq əyalətlərindən 20 mindən çox sakini təxliyyə etməyə başlayıb.

"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

"Maysak" qasırğası Filippinin şərqində yerləşən Luson arxipelaq adasına doğru sürətlə irəliləyir.

Bu gün qasırğanın adaya çatacağı gözlənilir. Bundan başqa, "Maysak" qasırğasının özü ilə birlikdə saatda 160 km sürətlə əsən külək və iki metr hündürlükdə dalğa gətirəcəyi də proqnozlaşdırılır.

Xatırladaq ki, 2013-cü ilin noyabrında 7 min filippinli "Xayyan" qasırğasının qurbanı olmuşdu. 

Son xəbərlər

Orphus sistemi