Filippinin üsyançı kommunistlərinin lideri öldürülüb

Filippinin üsyançı kommunistlərinin lideri öldürülüb Filippin hərbçiləri kommunist üsyançıların lideri Xorxe Madlosu öldürüb.
Digər ölkələr
2 Noyabr , 2021 04:19
Filippinin üsyançı kommunistlərinin lideri öldürülüb

Filippin hərbçiləri üsyançı kommunistlərin lideri Xorxe Madlosu öldürüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyinə (PNA) hökumətin bölgədəki əməliyyatlarına cavabdeh olan generalı Romeo Brauner bildirib.

O, qeyd edib ki, Ka Oris kimi tanınan Xorxe Madlos Mindanao adasındakı Bukidnon əyalətində gedən döyüşlər zamanı öldürülüb.

“Ka Orisin terror hakimiyyəti nəhayət başa çatdı. Təəssüf ki, onun vəhşilikləri faciəli nəticələrə gətirib çıxardı”, - Brauner deyib.

General əlavə edib ki, Madlosun ölümü kommunist üsyançı qrup üçün son zərbə ola və onun birdəfəlik süqutuna səbəb ola bilər.

Qeyd edək ki, Xorxe Madlos uzun illər Filippinin cənubundakı dağlıq ərazilərdə fəaliyyət göstərən “Yeni xalq ordusu” adlanan qruplaşmanın partizan bölməsinə rəhbərlik edib. O, həm də yerli solçu qrupların “çətir” təşkilatı olan Milli Demokratik Cəbhənin sözçüsü idi.

Son xəbərlər

Orphus sistemi