Filippində "Yutu" qasırğası onlarla insanın həyatına son qoyub

Filippində "Yutu" qasırğası onlarla insanın həyatına son qoyub Bakı. 3 noyabr. REPORT.AZ/ Filippinin şimalında hərəkət edən Yutu qasırğası 22 nəfərin həyatına son qoyub.
Digər ölkələr
3 Noyabr , 2018 01:28
Filippində Yutu qasırğası onlarla insanın həyatına son qoyub

Bakı. 3 noyabr. REPORT.AZ/ Filippinin şimalında hərəkət edən "Yutu" qasırğası 22 nəfərin həyatına son qoyub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, təbii hadisədən ən çox Cordillera və Dağ Bölgəsinin Natonin qəsəbəsi zərər çəkib. Qasırğa zamanı həmçinin 10-dan çox sakin itkin düşüb.

Axtarış-xilasetmə işlərinə polis, digər dövlət orqanlarının işçiləri də daxil olmaqla, 100-dən çox adam cəlb edilib.

"Yutu" qasırğasının Çinə doğru hərəkət etdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi