Filippində “Vamko” qasırğası nəticəsində onlarla insan həlak olub
Digər ölkələr
- 13 noyabr, 2020
- 04:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Filippinin mərkəzindəki Luson adasında tüğyan edən “Vamko” qasırğası azı 26 insanın həyatına son qoyub.
“Report” xəbər verir ki, bu barədə polisə istinadən “Reuters” agentliyi bildirib.
Agentliyin məlumatına görə, təbii hadisə nəticəsində son bir neçə gündə azı 14 nəfər itkin düşüb, daha 25 nəfər xəsarət alıb. Təbii hadisə zamanı habelə on minlərlə ev su altında qalıb.
Hazırda aidiyyəti orqanlar axtarış-xilasetmə tədbirləri həyata keçirir.
Daha əvvəl “CNN Philippines” telekanalı 6 nəfərin həlak olması barədə məlumat yayıb.
"Vamko" qasırğası bu il Filippində formalaşmış 21-ci qasırğadır.
Son xəbərlər
07:55
IMF 2026-cı ildə dünya iqtisadiyyatının 3,1 % artacağını gözləyir
İqtisadiyyat
07:26
Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq
Energetika
07:20
ABŞ-də əyləncə parkında baş verən hadisədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb
Digər ölkələr
07:13
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
İnfrastruktur
06:58
Avropa İttifaqında AK qərarlarının dayandırılması mexanizminin yaradılmasına çağırış edilib
Digər ölkələr
06:34
IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir
Maliyyə
06:12
IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib
Maliyyə
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr