Filippində prezident seçkiləri başlayıb

Digər ölkələr
  • 09 may, 2016
  • 04:29
Filippində prezident seçkiləri başlayıb

Bakı. 9 may. REPORT.AZ/ Filippin Respublikasında prezident, vitse-prezident, senatorlar və təxminən 18 min yerli məmurun seçkiləri başlayıb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Prezident postuna beş namizəd iddia edir. Sorğunun nəticələrinə görə, Davao şəhərinin meri vəzifəsində 22 il çalışan Rodriqo Duterte liderlik edir. 

Hazırda Filippinin prezidenti Beniqno Akinodur. O, 2010-cu ildə seçkilərin qalibi olub. 

Ölkədə yüksək təhlükəsizlik tədbirləri görülüb, lakin yerli KİV-in məlumatına görə, Kavite əyalətində naməlum şəxslər tərəfindən nəqliyyat vasitələrinin atəşə tutulması nəticəsində yeddi nəfər həlak olub.