Yuxarı

Filippində naməlum şəxslər karnaval zamanı izdiham içinə qumbara atıb, bir uşaq ölüb

Hadisə nəticəsində 38 nəfər yaralanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Filippində motosikletli naməlum şəxslər insan izdihamının yaşandığı yerə qumbara atıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Esparansa şəhərində keçirilən karnaval zamanı baş verib.

İnsident nəticəsində 6 yaşlı bir uşaq ölüb, daha 38 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyətinin kritik olduğu xəbər verilir.

Polis olayla bağlı araşdırmalara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi