Filippində keyfiyyətsiz spirtli içkidən 9 nəfər ölüb

Filippində keyfiyyətsiz spirtli içkidən 9 nəfər ölüb Filippində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 9 nəfər həyatını itirib.
Digər ölkələr
23 Dekabr , 2019 08:20
Filippində keyfiyyətsiz spirtli içkidən 9 nəfər ölüb

Filippində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 9 nəfər həyatını itirib.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” CNN Philippines nəşrinə istinadən xəbər verib.

Qeyd olunub ki, 100 nəfərdən çox şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlara Maniladakı xəstəxanada müvafiq yardım göstərilir.

Risal şəhərinin (Laquna əyaləti) merinin dediyinə görə, zəhərlənənlərin hamısı ənənəvi hindistan qozundan hazırlanan lambanoq arağından içib.

Vilayətin qubernatoru Ramil Ernandez isə bildirib ki, içkilərin satışı müvəqqəti olaraq dayandırılıb. O, qeyd edib ki, hazırda mütəxəssislər hadisənin bütün təfərrüatını araşdırırlar. 

Son xəbərlər

Orphus sistemi