Filippində hərbi təyyarə qəzaya uğrayıb, pilotların taleyindən xəbər yoxdur

Filippində hərbi təyyarə qəzaya uğrayıb, pilotların taleyindən xəbər yoxdur Filippin Hırbi Hava Qüvvələrinə məxsus təlim təyyarə yanvarın 25-də Batan əyalətində qəzaya uğrayıb.
Digər ölkələr
25 Yanvar , 2023 10:10
Filippində hərbi təyyarə qəzaya uğrayıb, pilotların taleyindən xəbər yoxdur

Filippin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi yanvarın 25-də Batan əyalətində qəzaya uğrayıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Hərbi Hava Qüvvələrinin təmsilçisi “Manila Bulletin” qəzetinə deyib.

Bildirilib ki, hadisə əyalətin Pilara rayonunda baş verib. Qeyd edilib ki, təyyarənin göyərtəsində iki pilot olub. Onların sağ qalıb-qalmaması barədə məlumat yoxdur.

Qəza ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi