Filippində hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Filippində hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb Helikopter Filippinin Zamboanqa şəhərindən Xoloya vətəndaşları təxliyə etmək üçün uçurmuş
Digər ölkələr
16 Sentyabr , 2020 12:43
Filippində hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Filippinin cənubunda yerləşən Basilan əyalətində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopter ölkənin Zamboanqa şəhərindən Xoloya vətəndaşları təxliyə etmək üçün uçurmuş.

Qəzaya səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Helikopter havaya qalxmazdan əvvəl güclü külək əsib, sonra leysan yağışı yağıb.

Qəza yerində 4 nəfərin meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi