Filippində terrorçular 19 dinc sakini qətlə yetirib

Filippində terrorçular 19 dinc sakini qətlə yetirib Silahlılar daha 19 dinc sakini qətlə yetirib
Digər ölkələr
28 May , 2017 09:22
Filippində terrorçular 19 dinc sakini qətlə yetirib
Rybinsk-once

Bakı. 28 may. REPORT.AZ/ Filippində silahlılar 19 dinc sakini qətlə yetirib.

"Report" xəbər verir ki, bu barədə "France Presse" hərbçilərə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubunda baş verib. Filippin hökumətinin yaydığı məlumata görə, dinc sakinlərin terrorçular tərəfindən öldürülməsi Maravi şəhərində baş verib. Öldürülənlər arasında 3 qadın və uşaq da var. Qətlə yetirilənlərin cəsədləri hərbçilər tərəfindən şəhərin universitetinin yaxınlığında tapılıb.

Bununla da hökumət qüvvələri ilə terrorçular arasında baş vermiş toqquşmalarda həlak olanların ümumi sayı 85 nəfərə çatıb. Hazırda şəhərdə silahlı qüvvələrlə İŞİD terror qruplaşmasını dəstəkləyən islamçılar arasında qarşıdurma davam edir. 

Son xəbərlər

Orphus sistemi