Filippində daşqın qurbanlarının sayı 35 nəfərə çatıb
Digər ölkələr
- 22 yanvar, 2023
- 03:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 35 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının dərc olunmuş hesabatında qeyd olunub.
Bildirilib ki, 12 nəfər xəsarət alıb, daha 7 nəfər itkin düşüb. Məlumata görə, daşqınlar ölkənin 14 regionunda 1,93 milyondan çox filippinliyə ziyan vurub. Bundan əlavə, daha 121,9 min sakin təxliyə edilməli olub.
Sel 306 yola, 65 körpüyə və 35 dəniz limanına ziyan vurub, 622 şəhərdə məktəblər və fabriklər müvəqqəti bağlanıb, 84 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.
İnfrastruktura dəyən ümumi ziyan 3,12 milyon dollar qiymətləndirilir.
Son xəbərlər
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr