Filippində cinayətkarlıqla mübarizə zamanı 2400 nəfər öldürülüb

Filippində cinayətkarlıqla mübarizə zamanı 2400 nəfər öldürülüb Polis narkotik maddələrin satışında və digər cinayətlərdə şübhəli bilinən 1011 nəfəri əməliyyatı zamanı öldürüb
Digər ölkələr
4 Sentyabr , 2016 21:37
Filippində cinayətkarlıqla mübarizə zamanı 2400 nəfər öldürülüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rodriqo Duterte Filippinin yeni prezidenti seçildikdən sonra bu ölkədə cinayətkarlıqla mübarizə çərçivəsində 2,4 min nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "France Press" agentliyi ölkə polisinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, polis narkotik maddələrin satışında və digər cinayətlərdə şübhəli bilinən 1011 nəfəri əməliyyatı zamanı öldürüb. Daha 1391 nəfərin qətli araşdırılır. Hansı ki, bunun hüquq-mühafizə orqanlarının fəaliyyətə aidiyyəti yoxdur.

Ölkə prezidenti Davaoda avqustun 2-də baş vermiş partlayışdan sonra Filippində "qanunsuzluq vəziyyəti" elan edib. Bu, hərbçilərə polislə birlikdə hərəkət etməyə imkan verəcək.

Qeyd edək ki, Rodriqo Duterte mayda keçirilən seçkilərdə prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi