Filippində ağır yol qəzasında onlarla insan həlak olub

Filippində ağır yol qəzasında onlarla insan həlak olub Filippində ağır yol qəzası baş verib.
Digər ölkələr
1 Noyabr , 2019 05:33
Filippində ağır yol qəzasında onlarla insan həlak olub

Filippində ağır yol qəzası baş verib.

"Report"un yerli "İnquirer" nəşrinə istinadən məlumatına görə, hadisə ölkənin şimalında qeydə alınıb.

Apayao əyalətində içində onlarla insanın olduğu yük maşınının dərəyə aşması nəticəsində azı 19 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Hadisə zamanı avtomobildəki insanların əsasən yaşlılar olduğu qeyd edilir.

Yollar və İctimai İşlər üzrə yerli departamentin nümayəndəsi bildirib ki, sürücü avtomobilin nasaz əyləc səbəbindən maşına idarəetməni itirib. Yük maşını dərəyə düşməzdən əvvəl çevrilib.

Son xəbərlər

Orphus sistemi