Bakı. 29 iyul. REPORT.AZ/ Filippinin ən böyük adası olan Mindanaonun cənub sahillərində bu səhər 4,8 bal gücündə zəlzələ baş verib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Palimbanq şəhərindən 190 km cənub-şərqdə 598 kilometr dərinlikdə yerləşib.
Ölən və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.