Filippində 16 nəfər güclü tayfunun qurbanı olub

Filippində 16 nəfər güclü tayfunun qurbanı olub Ölkədə 22 nəfər yaralanıb, 4 nəfər itkin düşüb.
Digər ölkələr
29 Oktyabr , 2020 10:35
Filippində 16 nəfər güclü tayfunun qurbanı olub
0 : 00
0 : 00

“Molave” tayfunu Filippin adalarında 16 nəfərin ölümünə səbəb olub, 4 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin Fövqəladə Hallar Şurasına istinadən məlumat verir.

Məlumatda daha 22 nəfərin yaralandığı da qeyd olunub.

Hazırda Filippin sahillərindən uzaqlaşan təbii fəlakət nəticəsində 242 min insana maddi ziyan dəydiyi vurğulanıb. Tayfunun ölkənin kənd təsərrüfatına və infrastrukturuna vurduğu ziyan təqribən 9 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi