Filippin sahillərində daha bir zəlzələ qeydə alınıb - YENİLƏNİB
- 13 iyun, 2024
- 04:54
Filippin sahillərində 5,8 manitudada zəlzələ qeydə alınıb.
"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri təxminən 498 min insanın yaşadığı Saranqani şəhərindən (Mindanao adası) 179 km cənub-şərqdə, zəlzələ ocağı 33 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Qeyd edək ki, bu, Filippin sahillərində qeydə alınan ikinci zəlzələdir.
01:58
Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.
“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii hadisənin episentri təxminən 679 min insanın yaşadığı General Santos şəhərindən 241 km cənub-şərqdə, zəlzələ ocağı 34 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.