Filippin Prezidenti karantinə alınıb
Digər ölkələr
- 03 fevral, 2022
- 06:14
Filippin Prezidenti Rodrigo Duterte COVID-19 diaqnozu qoyulan şəxslə görüşdükdən sonra karantinə alınıb.
“Report” xəbər verir ki, bu barədə fevralın 3-də ölkə Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, R.Duterte bu yaxınlarda evində işləyən, koronavirusla bağlı testin nəticəsi müsbət çıxan əməkdaşla təmasda olub: “Bundan sonra Prezidentin testinin nəticəsi mənfi olasa da, o, hazırda karantin rejiminə əməl edir”.
Xatırladaq ki, əhalisi 109 milyon nəfər olan Filippində koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 30-da qeydə alınıb. İndiyədək ölkədə 3,57 milyon nəfər yoluxub, 3,36 milyon nəfər müalicə olunaraq sağalıb. COVID-19-a yoluxmuş 54 min pasient isə ölüb. 59,3 milyon nəfər peyvənd olunub.
Son xəbərlər
03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39
Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
Region02:08
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Region01:53
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Region01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42
Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər
Digər ölkələr00:15
ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir
Digər ölkələr23:57