Filippin hərbçiləri Çini Cənubi Çin dənizində “təhlükəsiz olmayan hərəkətlərə” son qoymağa çağırıblar. Belə ki, keçən həftənin sonunda bir Çin hərbi gəmisi təchizetmə tapşırığı yerinə yetirən Filippin hərbi gəmisini sıxışdırıb və kəsməyə cəhd edib.
“Report” xəbər verir ki, bu barədə
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Dəniz Donanmasının gəmisi 320 metr məsafəyə yaxınlaşıb.
“ÇXAO-nu bu təhlükəli və həmlə manevrləri sadəcə toqquşma riskinə yol açmır, həm də hər iki tərəfin personalının həyatına təhdid yaradır”, - Filippin silahlı qüvvələrinin komandanı bəyan edib.
Çinin paytaxt Maniladakı səfirliyi “Reuters”in sorğusuna cavab verməyib.
Agentlik xatırladıb ki, Çin hər il 3 trilyon dollardan çox dövriyyənin olduğu, demək olar ki, bütün Cənubi Çin dənizi üzərində suverenlik iddiasındadır.
Filippin Prezidenti Ferdinand Markos ABŞ-nin daha çox Filippin hərbi bazalarına çıxışı da daxil olmaqla, Vaşinqtonla daha sıx əlaqələrə can atdıqdan sonra Manila və Pekin arasındakı münasibətlər pisləşib.