Filadelfiyada kütləvi iğtişaşlar baş verib

Filadelfiyada kütləvi iğtişaşlar baş verib Filadelfiyada ötən gün polis tərəfindən bir nəfərin güllələnməsindən sonra başlayan kütləvi iğtişaşlar gecə boyu səhərədək davam edib.
Digər ölkələr
27 Oktyabr , 2020 17:22
Filadelfiyada kütləvi iğtişaşlar baş verib

ABŞ-ın Filadelfiya ştatında ötən gün polis tərəfindən bir nəfərin güllələnməsindən sonra başlayan kütləvi iğtişaşlar gecədən səhərədək davam edib.

“Report” xəbər verir ki, polisin məlumatına görə saat 3 radələrində məhəllədə 27 yaşlı Uolter Uollas adlı bir nəfərin əlində bıçağı yelləyərək iki polis nəfərinə tərəf gələndə onlar əvvəlcə silahlarını çıxarıb ona tuşlayıb, sonra da bir neçə əl atəş açıblar və həmin şəxs yerə yıxılıb. Bundan sonra polislərdən biri tərəfindən xəstəxanaya çatdırılan yaralı orada keçinib.

Polislərdən biri və hadisə şahidləri Uollasdan əlindəki bıçağı almağa çalışsalar da, bunu bacarmayıblar. Həmçinin gəncin yanında olan anasının da onu sakitləşdirməyə çalışdığı bildirilir.

Öldürülənin atası oğlunun əqli problemlərlə üzləşdiyini, tibbi nəzarətdə olduğunu bildirib.

Hadisəyə dair təhqiqat başlayıb. Bununla yanaşı, şəhərdə başlayan iğtişaşlar zamanı 30 nəfərədək polisin əksər hallarda daş və kərpiclə yara alaraq xəstəxanalara yerləşdirildiyi, bir o qədər də şəxsin həbs olunduğu bildirilir. Hadisələr nəticəsində bir polis bölməsinə və bir sıra iş yerlərinə xeyli maddi ziyan yetirilib, beş polis avtomobili yararsız hala salınıb.

Son xəbərlər

Orphus sistemi