Filadelfiyada insanlara atəş açılıb, ölənlər var

Filadelfiyada insanlara atəş açılıb, ölənlər var ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən silahlı hücum nəticəsində azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Digər ölkələr
5 İyun , 2022 12:30
Filadelfiyada insanlara atəş açılıb, ölənlər var

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən silahlı hücum nəticəsində azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu “ABC” məlumat yayıb.

Polis nümayəndəsinin sözlərinə görə, iyunun 5-nə keçən gecə bir neçə nəfər şəhərin küçələrindən birində insanların sıx toplaşdığı ərazini atəşə tutublar.

Daha sonra cinayətkarlar silahları yerə ataraq qaçıblar.

Polis hücum edənləri şəxsiyyətini müəyyənləşdirmək və onları tapmaq üçün müşahidə kameralarının görüntülərini araşdırır.

Son xəbərlər

Orphus sistemi