Fikri İşık: "ABŞ və Rusiyanın YPG ilə hər hansı əməkdaşlığını qəbul etmirik"

Fikri İşık: "ABŞ və Rusiyanın YPG ilə hər hansı əməkdaşlığını qəbul etmirik" Türkiyənin müdafiə naziri baş verənlərə təəssüf edib
Digər ölkələr
23 Mart , 2017 22:05
Fikri İşık: ABŞ və Rusiyanın YPG ilə hər hansı əməkdaşlığını qəbul etmirik
Foto: "yeniakit.com"

Bakı. 23 mart. REPORT.AZ/ Türkiyənin müdafiə naziri Fikri İşık sosial mediadakı fotolarda rus zabitlərin PYD (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu- "Report") terrorçuları ilə bir arada görünməsinə münasibət bildirib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Türkiyənin müdafiə naziri baş verənlərə təəssüf edib. O, rəsmi Ankaranın bunları qəbul etmədiyini vurğulayıb.

"Bu görüntülər Türkiyəni təəssüflə üzür. YPG PKK-nın Suriya davamıdır. YPG ilə Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasının hər hansı şəkildə əməkdaşlıq etməsini Türkiyə olaraq qəbul etmirik", – deyə nazir bildirib.

Nazir qeyd edib ki, Türkiyə Almaniyadan da rasional davranış gözləyir. Onun sözlərinə görə, terrorçuları bu ölkə də silahla təmin edir. Terrorçuların əllərində alman silahları da var. 

Son xəbərlər

Orphus sistemi