“Fiat Chrysler of America” şirkəti 107 898 pikapı geri çağırır

“Fiat Chrysler of America” şirkəti 107 898 pikapı geri çağırır “Fiat Chrysler of America” şirkəti 107 898 avtomobilini geri çağırır.
Digər ölkələr
26 Oktyabr , 2019 04:16
“Fiat Chrysler of America” şirkəti 107 898 pikapı geri çağırır

“Fiat Chrysler of America” şirkəti 107 898 avtomobilini geri çağırır.

“Report”un xəbərinə görə, bu barədə “TASS” məlumat yayıb.

Şirkətin rəsmi saytında yerləşdirilən bildirişə görə, avtomobillərin geri çağırılmasına səbəb soyutma sistemindəki mikroskopik çatların olmasıdır. Belə ki, bu problemə görə mühərrik yana bilər.

Qeyd olunub ki, 2014-2019-cu illərdə istehsal edilən dizel mühərrikli “Ram-1500” pikapları geri çağırılacaq.

Korporasiya, həmçinin Kanadada bu markadan olan 50159 avtomobili və dünyanın digər ölkələrində 1730 avtomobili geri çağırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi