Yuxarı

​ATƏT ilk dəfə olaraq Rusiyadan Ukraynaya aparılan humanitar karvanı müşayiət edib

Karvan Donetsk və Luqansk istiqamətində hərəkət edib

Bakı. 31 yanvar. REPORT.AZ/ ATƏT nümayəndələri ilk dəfə olaraq Rusiyadan Ukraynaya aparılan humanitar yük karvanını sərhədi keçən zaman müşayiət edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən TASS agentliyi məlumat yayıb.

"FHN-in Donetsk istiqamətində hərəkət edən maşın karvanını sərhədi keçəndən etibarən iki minik avtomobili ilə ATƏT missiyasının nümayəndələri müşayiət ediblər",- deyə məlumatda bildirilir.

O qeyd edib ki, ATƏT nümayəndələri Luqanska gedən ikinci avtomobil karvanını da, müşayiət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi