Feysbukda problem yaranıb

Feysbukda problem yaranıb Dünyanın bir sıra ölkələrində feysbuk sosial şəbəkəsində problemlər müşahidə edilir.
Digər ölkələr
17 Dekabr , 2020 05:30
Feysbukda problem yaranıb
0 : 00
0 : 00

Dünyanın bir sıra ölkələrində feysbuk sosial şəbəkəsinin işində problemlər müşahidə edilir.

“Report” xəbər verir ki, bu barədə internet resurslarının işini izləyən “Downdetector” servisi məlumat yayıb.

Feysbukdakı nasazlıqlardan ən çox ABŞ-dakı sosial şəbəkə istifadəçiləri narazılıq edirlər. ABŞ-la yanaşı, Niderland, Böyük Britaniya, Polşa, Avstraliya, habelə digər ölkələrin də sosial şəbəkə istifadəçiləri problemlərlə üzləşiblər.

Feysbuk istifadəçilərinin təxminən 45 faizi öz hesablarına daxil ola bilmirlər. Daha 29 fais istifadəçi sosial şəbəkə istifadəçisi paylaşımları izləyə bilməmələrindən şikayətlənirlər. Bununla yanaşı, 25 faiz sosial şəbəkə istifadəçisi ümumiyyətlə fesybuka daxil ola bilmir.

Son xəbərlər

Orphus sistemi