Fevralın 24-dən 3,5 milyondan çox şəxs Ukraynanı tərk edib

Fevralın 24-dən 3,5 milyondan çox şəxs Ukraynanı tərk edib Fevralın 24-dən bu yana 3,5 milyondan çox şəxs Ukraynanı tərk edib, onlardan 500 mini münaqişə səbəbindən psixi pozğunluqlara məruz qala bilər.
Digər ölkələr
22 Mart , 2022 18:20
Fevralın 24-dən 3,5 milyondan çox şəxs Ukraynanı tərk edib

Fevralın 24-dən bu yana 3,5 milyondan çox şəxs Ukraynanı tərk edib, onlardan 500 mini münaqişə səbəbindən psixi pozğunluqlara məruz qala bilər.

“Report”un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Polşadakı nümayəndəsi Paloma Kuçi bildirib.

“Son məlumatlara görə, 6,5 milyon insan Ukrayna daxilində evlərini tərk etmək məcburiyyətində qalıb. Bu həftə, martın 20-nə Ukraynadan olan azı 3,5 milyon qaçqın qonşu ölkələrin sərhədlərini keçib. Polşa artıq 2 milyondan çox insanı qəbul edib. Bu, bütün qaçqınların təxminən 61%-ni təşkil edir. Qaçqınların təxminən üçdə ikisi Polşada, öz evlərinə yaxın qalmaq istəyir”, - deyə o bildirib.

Kuçi qeyd edib ki, hazırda Ukraynada tibbi yardım almaq imkanları çox məhduddur, qaçqınlar bir neçə gün normal yemək və susuz qalır, sərhədi keçmək fürsətini gözləyirlər, uşaqlar yorğun və narahatdırlar, yaşlı insanlar dərmansızdır, bu da diabetin dekompensasiyasına, yüksək qan təzyiqinə və digər sağlamlıq problemlərinə səbəb olur, hamilə qadınlar prenatal qayğıdan məhrumdurlar.

Onun sözlərinə görə, Polşadakı 500 minə yaxın ukraynalı qaçqının psixoloji yardıma ehtiyacı var: “ÜST-nin ilkin hesablamalarına görə, münaqişə səbəbindən yarım milyon qaçqın psixi pozğunluğa və 30 minə yaxın insan ağır psixi pozğunluğa məruz qala bilər”, - Kuçi deyib.

Son xəbərlər

Orphus sistemi