Ferqüssonda başlayan etiraz aksiyaları Nyu-York və Los-Ancelesə də keçib

Ferqüssonda başlayan etiraz aksiyaları Nyu-York və Los-Ancelesə də keçib Ferqüssonda iğtişaşlardan sonra yanğınlar davam edir
Digər ölkələr
25 Noyabr , 2014 10:58
Ferqüssonda başlayan etiraz aksiyaları Nyu-York və Los-Ancelesə də keçib
Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın Ferqüsson şəhərində iğtişaşlardan sonra baş verən ən azı üç böyük yanğın davam edir. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Bazar ertəsi afroamerikalı gənci öldürən polisin cinayət məsuliyyətinə cəlb olunmaması haqqında məhkəmə andlılarının qərarı şəhərdə etirazlara və iğtişaşlara səbəb olub. Etirazçılar vitrinləri sındıraraq, mağazaları qarət ediblər və polislərə daş və şüşə atıblar. Buna cavab olaraq, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçılarının əksəriyyətini təşkil edən dinc etirazçılar dağılışıb və ya polis tərəfindən ərazidən çıxarılıb. 

Bir sıra ABŞ mətbuat vasitələrinin məlumatına görə, Sent-Lüisdə (Missuri ştatı) hava limanı Ferqüssonda baş verən iğtişaşlar səbəbindən bağlanılıb. 

Ferqüssonda silahsız gənci öldürən polisin cinayətə cəlb olunmaması haqqında məhkəmə andlılarının qərarına qarşı etiraz aksiyaları, həmçinin Nyu-York və Los-Ancelesdə də keçirilir. Minlərlə insan Nyu-Yorkda Tayms-skverə toplaşıblar.

Son xəbərlər

Orphus sistemi