Fələstinin Rəfah şəhərinə hava hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb

Digər ölkələr
  • 03 fevral, 2024
  • 07:04
Fələstinin Rəfah şəhərinə hava hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb

İsrailin Fələstinin Rəfah şəhərində yaşayış binalarına endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Qeyd edilib ki, partlayışlar nəticəsində iki yaşayış binasına ziyan dəyib. Onlardan birində 11, digərində daha 2 nəfər ölüb.

44 filmi