Fələstinin Ramallah şəhərində etirazlar başlayıb - VİDEO

Fələstinin Ramallah şəhərində etirazlar başlayıb - VİDEO Bakı. 15 may. REPORT.AZ/ Fələstinin formal paytaxtı olan Ramallah şəhərində etirazlar başlayıb.
Digər ölkələr
15 May , 2018 16:09
Fələstinin Ramallah şəhərində etirazlar başlayıb - VİDEO
РИА Новости
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Fələstinin formal paytaxtı olan Ramallah şəhərində etirazlar başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, etirazçılar İsrail ilə sərhəddəki Beyt El nəzarət-buraxılış məntəqəsi yaxınlığında toplaşıblar.

Etirazçılar çoxlu sayda şinlər yandırıb və israilli hərbçilərə tərəf daşlar atırlar. Qarşı tərəf isə buna silahdan atəş açmaqla və gözyaşardıcı qazdan istifadə etməklə cavab verir.

Qeyd edək ki, ötən gün Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Eyni zamanda bu gün fələstinlilər Nakbanın (Fəlakət) - İsrailin yaradılmasından sonra fələstinlilərin qovulmasının 70 illiyini yad edirlər.

Xatırladaq ki, İsrail hərbçiləri ilə toqquşmalarda artıq 61 fələstinli həlak olub, 2700-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi