​Fələstin parlamentinin sədrinə həbs və pul cəzası verilib

​Fələstin parlamentinin sədrinə həbs və pul cəzası verilib Əziz Duveyk İordan çayının qərb sahilində keçirilmiş bir tədbirdə çıxışı zamanı işlətdiyi ifadələrə görə mühakimə edilib
Digər ölkələr
25 May , 2015 19:31
​Fələstin parlamentinin sədrinə həbs və pul cəzası verilib

Bakı. 25 may. REPORT.AZ/ Fələstin parlamentinin sədri barəsində həbs cəzası və pul cəriməsi kəsilib.

"Report"un "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, Ofer Hərbi Məhkəməsi Əziz Duveykə 12 ay həbs və 6 min şekel (1500 ABŞ dolları) pul cəzası verib.

O, İordan çayının qərb sahilində keçirilmiş bir tədbirdə çıxışı zamanı işlətdiyi ifadələrə görə mühakimə edilib və indiyədək 14 məhkəmə iclası baş tutub. Əziz Duveyk ötən il iyunun 12-də İordan çayının qərb sahilində 3 yəhudinin itkin düşməsi və sonra ölü tapılmasının ardından İsrail əsgərlərinin keçirdiyi genişmiqyaslı əməliyyatlar zamanı saxlanılıb. Onun səhhətində problemlər olduğu və əvvəllər də bir neçə dəfə İsrail qüvvələri tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi