Federika Mogerini Kubaya iki günlük rəsmi səfərə gedəcək

Federika Mogerini Kubaya iki günlük rəsmi səfərə gedəcək Səfərin əsas məqsədi Kuba ilə Aİ arasında Siyasi Dialoq və Əməkdaşlığa dair Sazişin hazırlanmasıdır
Digər ölkələr
4 Mart , 2016 05:01
Federika Mogerini Kubaya iki günlük rəsmi səfərə gedəcək

Bakı. 4 mart. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Kubaya iki günlük rəsmi səfərə gedəcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Mogerini martın 10-da Havanada olacaq.

Səfərin əsas məqsədi Kuba ilə Avropa İttifaqı arasında Siyasi Dialoq və Əməkdaşlığa dair Sazişin hazırlanmasıdır.

Qeyd edək ki, Kuba Aİ ilə saziş imzalamayan yeganə Latın Amerikası ölkəsidir.

Son xəbərlər

Orphus sistemi