FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı

FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ikinci iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Digər ölkələr
17 Mart , 2021 22:08
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ikinci iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir. Qərar bir sıra mütəxəssislərin proqnozları ilə üst-üstə düşür. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.

Komitə (açıq bazar əməliyyatları üzrə) federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.

Federal Ehtiyat Sistemi ABŞ-da 2021-ci ildə inflyasiya proqnozunu 1,8%-dən 2,4%-ə yüksəldib. FED həmçinin 2022 və 2023-cü illərdə ABŞ-da inflyasiyanın müvafiq olaraq 2% və 2,1% səviyyədə gözləyir.

FED 2021-ci ildə ABŞ-da ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozu 4,2%-dən 6,5%-ə qədər artırıb. Qeyd edilir ki, 2022 və 2023-cü illərdə ABŞ-da ÜDM-in artımı müvafiq olaraq 3,3% və 2,2% səviyyədə gözlənilir.

Xatırladaq ki, FED cari il yanvarın 27-də keçirilən ilk iclasında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Qeyd olunurdu ki, açıq bazarda əməliyyatlar üzrə kimitə əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

İngilis versiyası US Fed keeps discount rate

Son xəbərlər

Orphus sistemi