FBI: İŞİD Əl-Qaidədən daha təhlükəlidir

FBI: İŞİD Əl-Qaidədən daha təhlükəlidir Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komey İŞİD-in amerikalıları təşkilata cəlbetmə səylərindən narahatdır
Digər ölkələr
23 İyul , 2015 22:43
FBI: İŞİD Əl-Qaidədən daha təhlükəlidir

Bakı. 23 iyul. REPORT.AZ/ Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komey hesab edir ki, İŞİD-in internetdə amerikalıları təşkilata cəlbetmə səyləri ABŞ üçün Əl-Qaidədən daha böyük təhlükə mənbəyidir.

"Report"un Amerikanın səsinə istinadən verdiyi məlumata görə, Kolorado ştatında təşkil olunan Aspen Təhlükəsizlik Forumunda çıxış edən Komey, İŞİD-in sosial media kampaniyasını intensivləşdirəcəyi barədə xəbərdarlıq edib.

O deyib ki, Əl-Qaidənin döyüşçülərini seçməkdə ehtiyatlı olmasından fərqli olaraq, İŞİD özlərini idarə edə bilməyən və narkotik maddədən istifadə edən insanları belə sıralarına alır.

Komey deyib ki, İslam Dövləti ilə əlaqədar Tvitter hesabların 21 min ingilis dilli izləyicisi var və onların yüz və ya minlərlə izləyicisi ABŞ-dadır.

O deyib ki, Federal Təhqiqatlar Bürosunda radikallaşma və terror hücumu həyata keçirmə ehtimalı olan və amerikalıların iştirak edə biləcəyi yüzlərlə açıq təhqiqat halları mövcuddur.

Komey ötən həftə Tennessi ştatında beş hərbçini öldürən Məhəmməd Əbdüləzizi əvvəllər izləmədiklərini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi