Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib Amerika esminesinin heyət üzvləri döyüş mövqeyi tutub
Digər ölkələr
26 Aprel , 2017 04:54
Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib
bigfox.id

Bakı. 26 aprel. REPORT.AZ/ Amerikanın "Mahan" esminesi Fars körfəzi ilə hərəkət zamanı İran kateri ilə toqquşmadan yayınmaq üçün yolunu dəyişmək məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Fox News" məlumat yayıb.

Telekanal qeyd edir ki, esmines İran İnqilabı Keşikçiləri Korpusunun kateri ilə rastlaşıb. Esmines toqquşmadan qaçmaq üçün yolunu dəyişib və xəbərdarlıq raketləri atmaqla təhlükə siqnalı verib.

Bundan əlavə, esminesin heyət üzvləri döyüş mövqeyi tutub.

Son xəbərlər

Orphus sistemi