"ExxonMobil" Reks Tillersonun 2016-cı ildəki gəlirini açıqlayıb

"ExxonMobil" Reks Tillersonun 2016-cı ildəki gəlirini açıqlayıb Ötən il "ExxonMobil"in mənfəəti demək olar yarıbayarı azalsa da, şirkətin top-menecerinin gəliri artıb
Digər ölkələr
14 Aprel , 2017 11:25
ExxonMobil Reks Tillersonun 2016-cı ildəki gəlirini açıqlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın hazırkı dövlət katibi Reks Tillerson ötən il ərzində "ExxonMobil" şirkətinin icraçı direktoru vəzifəsində 27,4 milyon dollar qazanıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" şirkətin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına verdiyi məlumata əsasən informasiya yayıb.

Qeyd olunub ki, ötən il "ExxonMobil"in mənfəəti demək olar yarıbayarı azalsa da, şirkətin top-menecerinin gəliri artıb.

O da bildirilib ki, R.Tillersonun əmək haqqı 4% artaraq 3,2 milyon dollara çatdığından onun kompensasiya paketi 0,5% artıb, həmçinin mükafatın məbləği 8% artaraq 19,7 milyon dollara çatıb.

Son xəbərlər

Orphus sistemi