“Exit poll”: Albaniyada parlament seçkilərində hakim partiya qalib gəlib

“Exit poll”: Albaniyada parlament seçkilərində hakim partiya qalib gəlib Albaniyanın hakim Sosialist Partiyası Xalq Məclisinə - parlamentə seçkilərdə qalib gəlib
Digər ölkələr
26 Aprel , 2021 04:49
“Exit poll”: Albaniyada parlament seçkilərində hakim partiya qalib gəlib

Albaniyanın hakim Sosialist Partiyası Xalq Məclisinə - parlamentə dünən keçirilən seçkilərdə qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə “exit poll”un məlumatlarına istinadən TASS bildirib.

Sorğuların məlumatına görə, baş nazir Edi Ramanın başçılıq etdiyi Sosialist Partiyası 46,9 % səs yığıb. Müxalifət koalisiyasına isə seçicilərin 43,5 %-i səs verib. Bundan başqa, seçicilərin 6,9 %-i Albaniya prezidenti İlir Metanın həyat yoldaşı Monika Krimadinin partiyasını dəstəkləyiblər.

Qeyd edilir ki, seçkilərin belə nəticələri ilə sosialistlər parlamentdə 140-dan 71 yer ala bilərlər.

Aprelin 25-də Albaniyada parlament seçkiləri keçirilib. Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, seçkidə iştirak 45,48 % təşkil edib. Ölkədə 3,6 milyon insan səsvermə hüququna malikdir. Seçkilərdə əsas rəqib baş nazir Edi Ramanın Sosialist Partiyası ilə müxalif Lyulzim Başinin Demokrat Partiyası olub.

Son xəbərlər

Orphus sistemi