Evo Morales İnterpolun onu axtardığını bildirib

Evo Morales İnterpolun onu axtardığını bildirib Boliviyanın keçmiş prezidenti Evo Morales Meksikada keçirdiyi mətbuat konfransında İnterpolun onu axtardığını bildirib.
Digər ölkələr
28 Noyabr , 2019 02:56
Evo Morales İnterpolun onu axtardığını bildirib

Boliviyanın keçmiş prezidenti Evo Morales Meksikada keçirdiyi mətbuat konfransında İnterpolun onu axtardığını bildirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Sabiq dövlət başçısının sözlərinə görə, İnterpol törədilməyən cinayətlərdəki ittihamlara əsasən onun olduğu yeri müəyyənləşdirir.

"İnterpol Cənubi Amerikada məni törədilməyən cinayətlərə görə axtarır", - deyə Morales Mexikodakı mətbuat konfransında deyib.

Sabiq prezidentin sözlərinə görə, İnterpol həmçinin keçmiş vitse-prezident Alvaro Qarsii Liner barəsində də axtarış elan edib. 

Son xəbərlər

Orphus sistemi