Europol rəhbəri: "5000-ə yaxın avropalı ekstremist sıralarına daxil olub"

Europol rəhbəri: "5000-ə yaxın avropalı ekstremist sıralarına daxil olub" AK antiterror fəaliyyətinin koordinatoru yeni hücum riskləri barədə xəbərdarlıq edib
Digər ölkələr
14 Yanvar , 2015 10:09
Europol rəhbəri: 5000-ə yaxın avropalı ekstremist sıralarına daxil olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Ekstremist yaraqlıların sıralarına daxil olan avropalıların sayı 5000-ə çata bilər. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ polis xidmətinin (Europol) rəhbəri Rob Ueynrayt Parlament Komitəsində çıxışı zamanı bildirib. 

O, qeyd edib ki, Europol məlumatına əsasən, söhbət Aİ ölkələrinin  3000-5000 vətəndaşı haqqında gedir.

Bir müddət əvvəl Avropa Komissiyası (AK) antiterror fəaliyyətinin koordinatoru Jil de Kerşov yeni hücum riskləri və həbsxanalarda artan təhlükə barədə xəbərdarlıq edib. Öz növbəsində, Fransanın baş naziri Manuel Vals bəyan edib ki, radikallaşma ilə mübarizə çərçivəsində 2015-ci ilin sonuna qədər ölkənin həbsxanalarında ekstremistlərin saxlanılması üçün xüsusi zonalar yaradılacaq.

Son xəbərlər

Orphus sistemi