Etiraz aksiyaları zamanı 24 nəfər ölüb, 70-i yaralanıb

Etiraz aksiyaları zamanı 24 nəfər ölüb, 70-i yaralanıb Aksiyalar ölkədə sosial təminatla bağlı islahatlara qarşı keçirilir
Digər ölkələr
23 Aprel , 2018 08:53
Etiraz aksiyaları zamanı 24 nəfər ölüb, 70-i yaralanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Nikaraquada etiraz aksiyaları zamanı 24 nəfər ölüb, daha 70-i isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçilərinə istinadən yerli KİV məlumat yayıb.

Bundan əvvəl ölənlərin 10, yaralıların isə 88 nəfər olduğu bildirilirdi.

Etiraz aksiyaları aprelin 18-dən ölkədə sosial təminatla bağlı islahatlara qarşı keçirilir və bir neçə şəhəri əhatə edib. Ən geniş etirazlar ölkənin paytaxtı Manaquada qeydə alınıb. İslahatlar işçilər və işəgötürənlər tərəfindən pensiya haqlarının artırılmasını, eyni zamanda təqaüdçülər üçün ümumi faydaların azaldılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi