Bakı. 11 dekabr. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların İsraildəki Səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarını tənqid edib.
"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib.
"Biz əvvəlki kimi "iki xalq üçün iki dövlət" siyasətini dəstəkləyirik və Yaxın Şərq konfliktinin həlli yolunda hərəkəti çətinləşdirən istənilən birtərəfli addımları ağıllı və doğru hesab etmirik", - deyə Mikser bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar ikitərəfli danışıqlar yolu ilə tapılmalıdır.
"Estoniyanın səfirliyi Təl-Əvivdədir və bizim bu şəhərdən (diplomatik korpusu köçürmək- red) köçmək niyyətimiz yoxdur", - deyə o əlavə edib.