Estoniyanın prezidenti ilk dəfə qadın seçilib

Estoniyanın prezidenti ilk dəfə qadın seçilib Kersti Kalyulayda 81 deputat səs verib
Digər ölkələr
3 Oktyabr , 2016 16:57
Estoniyanın prezidenti ilk dəfə qadın seçilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Estoniyada üçüncü cəhddə prezident seçilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeni prezident daha əvvəl Avropa Ali Maliyyə Məhkəməsində ölkəsinin nümayəndəsi kimi fəaliyyət göstərən xanım Kersti Kalyulayda olub. Bununla da Estoniya tarixində ilk dəfə qadın prezident seçilib.

Parlamentdə keçirilən səsvermədə prezident seçilməsi üçün namizədin səslərin ən azı üçdə iki hissəsini - 101 səsdən 68-ni toplaması lazım gəlirdi. K.Kalyulayda isə 81 deputat səs verib. Maraqlıdır ki, o, dövlət başçısı postuna yeganə namizəd olub.

Qeyd edək ki, hazırkı prezident Tomas Hendrik İlvesin səlahiyyətləri oktyabrda başa çatır. O, bu postu ikinci dəfə tutduğundan, Konstitusiyaya görə, üçüncü müddətə seçilə bilməzdi.

Son xəbərlər

Orphus sistemi