Estoniyanın Baş naziri: "Rusiya ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır"
Estoniyanın Baş naziri: "Rusiya ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır"“Rusiyanın Ukraynanın paytaxtı Kiyevə və vilayətlərə raket hücumu bu ölkəyə ilə bağlı beynəlxalq tribunalın yaradılmasını daha da zəruri edir”.
“Ukraynanın paytaxtı Kiyevə və digər vilayətlərə raket hücumu Rusiya ilə bağlı beynəlxalq tribunalın yaradılmasını daha da zəruri edir”.
“Report” xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaja Kallas tviterdə yazıb.
Onun fikrincə, sözügedən hücum rəsmi Moskvanın terror taktikası həyata keçirdiyini növbəti dəfə nümayiş etdirir.
“Ukraynaya müasir raket əleyhinə sistemlər və hava hücumundan müdafiə sistemi lazımdır”, - hökumət başçısı bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.
Shelling across Ukraine including #Kyiv shows #Russia's terrorist tactics.
This makes it even more acute to establish tribunal for crime of aggression. I suggested to @vonderleyen EU could help lead these efforts.