Estoniyada prezident və baş nazir postlarını birləşdirməyi təklif edilir

Estoniyada prezident və baş nazir postlarını birləşdirməyi təklif edilir Bu təklifi hakim sağçı-liberal İslahatlar Partiyasının fəxri sədri Siim Kallas irəli sürüb
Digər ölkələr
27 May , 2021 12:42
Estoniyada prezident və baş nazir postlarını birləşdirməyi təklif edilir
Siim Kallas

Estoniya prezident və baş nazir funksiyalarını bir vəzifə altında birləşdirə bilər.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu təklifi hakim sağçı-liberal İslahatlar Partiyasının fəxri sədri Siim Kallas irəli sürüb.

“Ölkəmiz kiçikdir, bir qara avtomobil az olar. Belə olsa, əlbəttə ki, hökumət başçısını-prezidenti birbaşa seçmək olardı. Sadə və aydın”, – S.Kallas “Eesti Päevaleht” qəzetindəki məqaləsində yazıb.

S.Kallas qeyd edib ki, hazırda Estoniya prezidentinin seçilməsi proseduru çox mürəkkəbdir. Seçilmək üçün parlamentin 68 və ya Seçki Kollegiyasının 105 üzvünün namizədin lehinə səs verməsi lazımdır.

Son xəbərlər

Orphus sistemi