Estoniyada NATO-nun hərbi təlimləri davam edir

Estoniyada NATO-nun hərbi təlimləri davam edir Estoniyada NATO hərbi qüvvələrinin “Bold Dragon” təlimi davam edir.
Digər ölkələr
11 Aprel , 2022 14:49
Estoniyada NATO-nun hərbi təlimləri davam edir

Estoniyada NATO hərbi qüvvələrinin “Bold Dragon” təlimi davam edir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ötən gün başlayan təlimdə ölkəyə gələn NATO döyüş qrupu ilə Estoniya Müdafiə Qüvvələrinin (EDF) 1-ci piyada briqadası iştirak edir.

EDF-nin məlumatına görə, təlimin ilk mərhələsində NATO qüvvələrinin taktikalarını yerli əraziyə uyğunlaşdırmaq qabiliyyətini sübuta yetirib.

Təlimdə NATO qrupunun düşməni rolunda EDF-nin kəşfiyyatçı taboru ilə könüllü Estoniya Müdafiə Liqası (KL) birləşmiş qüvvələri iştirak edir.

“NATO döyüş qrupuna daxil olan Birləşmiş Krallıq, Danimarka və Fransa bölmələri təlimin hədəfinə uyğun olaraq 1-ci piyada briqada ilə vahid birləşmə təşkil etmək bacarıqlarını qarşıdakı günlərdə göstərəcəklər”,- NATO Battlegroup Estoniya Komandanlığının nümayəndəsi polkovnik-leytenant Ru Stretfild bildirib.

Təlimdə EDF-nin bütövlükdə 2 minədək hərbçisinin, habelə Belçika və Böyük Britaniyaya məxsus F-16 və “Eurofighter” tipli qırıcı təyyarələrinin, Böyük Britaniyanın “Wildcat” kəşfiyyat helikopterlərinin iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi