Estoniyada fərdi ev yanıb, ailə üzvlərinin hamısı ölüb

Estoniyada fərdi ev yanıb, ailə üzvlərinin hamısı ölüb Estoniyanın Tartu şəhərində ikimərtəbəli fərdi evdə baş verən yanğın ailə faciəsinə sabəb olub.
Digər ölkələr
11 Dekabr , 2019 11:27
Estoniyada fərdi ev yanıb, ailə üzvlərinin hamısı ölüb

Estoniyanın Tartu şəhərində ikimərtəbəli fərdi evdə baş verən yanğın ailə faciəsinə sabəb olub.

"Report" "Sputnik-Estoniya"ya istinadən xəbər verir ki, yanğın nəticəsində 5 nəfər - ər-arvad və 3 uşaq ölüb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə altı dəqiqə sonra gəlsələr də, yanan evə dərhal girə bilməyiblər. Evə girmək mümkün olduqda isə 5 nəfərin meyiti tapılıb.

Polis və prokurorluq yanğının dəqiq səbəblərini müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi