Estoniya XİN rəhbəri istefa verib

Estoniya XİN rəhbəri istefa verib Urmas Paet Avroparlamentdə deputat vəzifəsinə keçəcək
Digər ölkələr
3 Noyabr , 2014 20:09
Estoniya XİN rəhbəri istefa verib

Bakı. 3 noyabr. REPORT.AZ/ Estoniya prezidenti Toomas Hendrik İlves xarici işlər naziri Urmas Paetin xarici işlər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

"Report"un İnterfaksa istinadən verdiyi məlumata görə, U.Paet öz istəyi ilə vəzifədən uzaqlaşdırılıb. Baş nazir Taavi Rıyvas onun bu qərarını dəstəkləyib və prezidentə müvafiq sərəncamını imzalamağı tövsiyə edib.

Bundan əvvəl U.Paet öz vəzifəsindən getməyini, Avroparlamentdə deputat vəzifəsinə keçmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi