"Report" xəbər verir ki, 69 deputatın düzəlişin lehinə çıxış etdiyi səsvermədə, bir parlamentari düzəlişin əleyhinə çıxıb, yeddi nəfər isə bitərəf qalıb.
Ümumilikdə Estoniya parlamentində 101 deputat fəaliyyət göstərir.
Cari ilin iyul ayından ölkədə əhaliyə ictimai yerlərdə spirtli içki qəbul etmək icazəsi verən qanuna düzəlişlər qüvvəyə minib. Lakin bu, estoniyalılar arasında narazılıqla qarşılanıb və hökumət əvvəlki praktikanın geri qaytarılması xahişi ilə parlament qarşısında çıxış etmək məcburiyyətində qalıb.