Estoniya Prezidenti yeni hökuməti təsdiqləyib

Estoniya Prezidenti yeni hökuməti təsdiqləyib Estoniya Prezidenti Alar Karis ölkənin Baş naziri Kay Kallasın yeni hökumətini təsdiqləyib.
Digər ölkələr
18 İyul , 2022 22:17
Estoniya Prezidenti yeni hökuməti təsdiqləyib

Estoniya Prezidenti Alar Karis ölkənin Baş naziri Kay Kallasın yeni hökumətini təsdiqləyib.

“Report” “European Truth”a istinadən xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Daha sonra yeni hökumət parlament deputatları qarşısında and içib.

Bundan əvvəlki Nazirlər Kabineti 2021-ci ilin yanvarından fəaliyyətdə idi. O, Estoniya parlamentindəki iki ən böyük partiyanın - İslahat Partiyası və Mərkəz Partiyasının koalisiyası tərəfindən yaradılmışdı. Hökumətə “islahatçıların” lideri Kay Kallas başçılıq edirdi.

İyunun əvvəlində K.Kallas birtərəfli qaydada koalisiyadan çıxıb və “mərkəzçi” nazirləri hökumətdən kənarlaşdırıb. Bu qərara səbəb partnyorlar arasında dövlət xərclərinə dair fikir ayrılığı olub. İyulun 14-də K.Kallas istefasını və hökumətin buraxıldığını rəsmən elan edib, bu, “islahatçıların” liderinin öz postunu saxlayaraq yeni kabinet formalaşdıra bilməsi üçün formal addım idi.

İndi hökumət üç partiyanın nümayəndələrindən ibarət olacaq. Yeni koalisiyaya K.Kallasın rəhbərlik etdiyi “islahatçılar”la yanaşı, Sosial Demokratlar Partiyası və “İsamaa” (“Vətən”) mühafizəkar partiyası daxildir. Onlar birlikdə Estoniya parlamentindəki 101 deputatdan 56-sını əhatə edirlər.

Yeri gəlmişkən, gələn ilin martında ölkədə yeni seçkilər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi