Estoniya Prezidenti Kresti Kalyulayd Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük perspektivləri barədə danışıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, Ukraynanın Avropa İttifaqına daxil ola bilməsi üçün 20 il çalışmalı olduğunu deyib.
“Ukraynanın Avropa İttifaqına üzv olması üçün 20 il işləməyi lazımdır. NATO-ya isə Ukraynanın ərazilərini geri almadan daxil olması mümkün deyil”, - o qeyd edib.