Yuxarı
    Bağlamaq

    Estoniya parlamentində seçkilərin ilk turunda ölkənin yeni prezidenti seçilməyib

    Səsvermənin ikinci və üçüncü turu avqustun 30-da keçiriləcək

    Bakı. 29 avqust. REPORT.AZ/ Estoniya parlamenti seçkilərin ilk turunda ölkənin yeni prezidentini seçə bilməyib.

    "Report" TASS-a istinadən xəbər verir ki, növbədənkənar iclasda qeydiyyatdan keçmiş üç namizəddən heç biri deputatların üçdə ikisinin dəstəyini qazana bilməyib.

    Səsvermənin ikinci və üçüncü turu avqustun 30-da keçiriləcək.

    Prezidentliyə namizədlər Mərkəzçi Partiyasının parlament fraksiyasının sədr müavini Maylis Reps, keçmiş ədliyyə kansleri Allar Yıks və parlamentin spikeri Eyki Nestordur.

    Xatırladaq ki, Estoniyanın hazırkı prezidenti Toomas Hendrik İlves vəzifəsindən ayrılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi