Estoniya kəşfiyyatı: Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır

Estoniya kəşfiyyatı: Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır.
Digər ölkələr
14 Fevral , 2024 14:58
Estoniya kəşfiyyatı: Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır

Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rosin deyib.

O bildirib ki, Rusiya müharibədə sülhə nail olmaq barədə şayiələr yayır: “Amma əslində savaşı uzatmağa çalışır”.

Məlumata görə, Rusiya Ukrayna ilə bağlı məqsədlərinə çatmasa da, onları dəyişməyib: “Ona görə də nə qədər lazımdırsa, döyüşləri uzadacaq. Hər halda Kreml Ukrayna ilə bu münaqişəyə uzunmüddətli müharibə kimi baxır. Ona görə də barışıq savaşa son qoymayacaq. Bu, sadəcə olaraq Rusiyaya öz qüvvələrini toplamaq üçün imkan verəcək”.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi